“Qəbələ”nin futbolçusuna 1, “Zirə”nin futbolçusuna 4 oyunluq cəza

qebelenin-futbolcusuna-1-zirenin-futbolcusuna-4-oyunluq-ceza
Oxunma sayı: 643

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının IX turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Kəpəz”“İnter” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə ödəyəcək. AZAL – “Zirə” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.

“Sumqayıt” – “Qəbələ” qarşılaşmasında da qonaqlar xərcə düşüb. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan komanda 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Sadiq Quliyev klubunu 200 manat ziyana salıb. Futbolçunun özü 1 oyun kənarlaşdırılıb.

Bundan başqa Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 9-cu turunun bir oyunu ilə bağlı aşağıdakı qərar çıxarılıb:

AZAL – “Zirə” matçının 64-cü dəqiqəsində “Zirə”nin futbolçusu Əmrah Əliyev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.