"Qəbələ"nin futbolçusu oynadı, Xorvatiya finaldan kənarda qaldı - Foto

qebelenin-futbolcusu-oynadi-xorvatiya-finaldan-kenarda-qaldi
Oxunma sayı: 1812

Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç üçün bu gün əlamətdar hadisə ilə yadda qalıb.

Qafqazinfo” xəbər verir ki, xorvatiyalı oyunçu ölkəsinin milli komandasında debüt edib.

O, Çili ilə bu dəqiqələrdə davam edən qarşılaşmada start heyətində yer alıb. Qeyd edək ki, ilk hissəsi davam edən matçda cənubi amerikalılar 1:0 hesabı ilə öndədi.

***

1:1 hesabı ilə başa çatan oyundan sonra penaltilər seriyası baş tutub. Burada Çili 4:1 hesabı ilə üstün olub.

Çiliyə uduzan Xorvatiya yığması yanvarın 14-də III yer uğrunda görüşdə Çinlə üz-üzə gələcək.