“Qəbələ”nin 4 futbolçusu komandadan ayrı düşdü

qebelenin-4-futbolcusu-komandadan-ayri-dusdu
Oxunma sayı: 625

Cari mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 5-ci gününü 2 məşqlə yekunlaşdırıb.

Qafqazinfo” xəbər verir ki, Roman Qriqorçukun komandası dünən günün ilk yarısında keçirilən məşq prosesində əsasən topsuz çalışmalara üstünlük verib.

“Qırmızı-qaralar” ikinci hazırlıq zamanı topla məşq edib. Bərpa prosesi keçən Baqali Dabo, Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev fərdi hazırlıqla kifayətlənib.