“Qəbələ”nin 3 idmançısı çempion oldu

qebelenin-3-idmancisi-cempion-oldu
Oxunma sayı: 637

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılğı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə ölkə çempionatı başa çatıb.

Qafqazinfo”nun məlumatına görə, Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq keçirilən və respublikanın tanınmış 30 idmançısının iştirak etdiyi yarışda “Qəbələ” Atıcılıq Klubunun idmançıları qızıl, gümüş və bürünc medal qazanıblar.

Kişi və qadınlar arasında səngər stend və dairəvi stend atıcılığı üzrə keçirilən çempionatda “Qəbələ”nin yetirməsi Elvin İsmayılov, Emin Cəfərov və Nurlana Cəfərova ölkə çempionu olublar.