“Qəbələ” – “Maynts” oyununun biletləri satışda

qebele-maynts-oyununun-biletleri-satisda
Oxunma sayı: 890

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununun biletləri satışa çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki,biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. Qeyd edək ki, sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.