““Qəbələ” ilə oyunlarımız asan olmayacaq”

qebele-ile-oyunlarimiz-asan-olmayacaq
Oxunma sayı: 792

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Lill"in futbolçusu Frank Beria təmsilçimiz haqda fikirlərini bildirib.

"Qafqazinfo" xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən təcrübəli müdafiəçi "Qəbələ ilə oyunlarının asan keçməyəcəyini deyib: "Avropa Liqasında rəqibimiz "Qəbələ"dir. Baş məşqçimiz bu komanda haqda bizə qısa məlumat verib. Başa düşürük ki, rəqibi zəif hesab edə bilmərik. Macarıstan kimi bir ölkənin komandasını mübarizədən kənarlaşdırıblar. Bu da "Qəbələ" ilə oyunlarımızın asan olmayacağını göstərir".