““Qəbələ” ilə matç bizim üçün vacibdir” - Klub prezidenti

qebele-ile-matc-bizim-ucun-vacibdir
Oxunma sayı: 788

Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, təmsilçilərimizdən “Qəbələ” Almaniyanın “Maynts” klubunu qəbul edəcək. Qonaq komandanın prezidenti Harald Ştruts oyun haqda fikirlərini bildirib. Ştruts BAkıya qələbə üçün gəldiklərini söyləyib:

“Bu oyun bizim üçün çox önəmlidir. Çünki Avropa Liqasında ilk səfər macəramızdır. Bu oyun bizim üçün çox vacibdir. Qələbə qazanmaq istəyirik. Qarşılaşma isə asan olmayacaq. Üzərimizdə təzyiq var, çünki bizdən hər kəs qələbə gözləyir”.