“Qəbələ” gürcü rәqibinә divan tutdu - Yenilənib

qebele-gurcu-rqibin-divan-tutdu-
Oxunma sayı: 4099

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, “Qəbələ” Bakıda Gürcüstan təmsilçisi “Samtredia” ilə üz-üzə gələcək.

 

21:00. “Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Baş hakim: Denis Şerbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka

Dördüncü hakim: Sergey Tsınkeviç (hamısı Belarus)

Bakı. 8-ci kilometr qəsəbə stadionu

***

“Qəbələ”: Bezotosni, Stankoviç, Rəşad Sadiqov (k), Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo, Teo Uiks, Ürfan Abbasov

“Samtredia”: Miqnieşvili, Qoqiaşvili, Sanoxadze, Manyaladze, Razmaşvili, Arabuli, Zivzivadze, Cikia, Şerqelaşvili, Mxedişvili, Datunaşvili (k)

***

Oyun başladı.

***

“Qәbәlә”nin futbolçusu Voyislav Stankoviç 16-cı dәqiqәdə hesabı açdı.

***

19-cu dəqiqədə Sergey Zenyov komandasının ikinci qolunu vurur. Hesab 2:0 "Qəbələ"nin xeyrinədir. 

***

Oyunun 31-ci dәqiqәsində “Qәbәlә”nin futbolçusu Teo Luis Uiks komandasının 3-cü qolunu vurur.

***

Oyunda ilk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

“Samtredia” hesab arasındakı fәrqi azaltdı. 59-cu dәqiqәdә Laşa Sergelaşvili gürcülərin ilk qolunu vurur.

***

“Qәbәlә” hesabı 4:1 edir. 69-cu dәqiqәdә Teo Luis Uiks dubl edir.

***

Teo Luis Uiks 72-ci dəqiqədə het-trik edir. Bununla "Qəbələ"nin hesabına 5-ci top yazılır.