““Qəbələ”də yaxşı futbolçular var”

qebelede-yaxsi-futbolcular-var
Oxunma sayı: 776

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qəbələ” Almaniyanın “Maynts” klubunu qəbul edəcək.

Qafqazinfo” xəbər verir ki, “Maynts”ın və Türkiyə yığmasının yarımmüdafiəçisi Yunus Mallı oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Hər birinizi salamlayıram. Burda olduğumuz üçün sevinirik. “Maynts” üçün yaxşı təcrübədir. “Qəbələ” öz çempionatında yaxşı oynayır, müdafiədə diqqətli oynayırlar və topa çox nəzarət edirlər. Oyuna tam hazırıq. Müdafiəyə diqqət yetirərək, öz oyunumuzu nümayiş etdirəcəyik.

- Sabahkı oyun qrupun taleyi üçün nə dərəcədə önəmlidir?

- Qələbə yaxşı olardı, bunu bacarmasaq, dünyanın axırı deyil. Əlbəttə, 3 xal daha əla olardı.

- “Qəbələ”dən hansı futbolçuları fərqləndirə bilərsiz?

- Baş məşqçimiz bizə tapşırıqlarını verib. Düzdür, “Qəbələ”də yaxşı futbolçular var, amma biz ilk növbədə öz oyunumuzu düşünməliyik.