“Qəbələ”də ciddi itki

qebelede-ciddi-itki
Oxunma sayı: 1083

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşacaq “Qəbələ” ciddi itki ilə üzləşib. 

Qafqazinfo” xəbər verir ki, “qırmızı qaralar”ın baş məşqçisi Roman Qriqorçuk sabah baş tutacaq qarşılaşmada Asif Məmmədovun xidmətindən istifadə edə bilməyəcək. Təcrübəli futbolçu komandanın məşqində zədələnib.

Qeyd edək ki, “Qəbələ” – “Samtredia” matçı sabah baş tutacaq. “Bakcell Arena”da keçiriləcək qarşılaşma 21:00-da başlayacaq.