“Qəbələ” biletləri satışa çıxardı - Foto

qebele-biletleri-satisa-cixardi
Oxunma sayı: 895

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb.

Qafqazinfo” xəbər verir ki, biletləri dünəndən etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, "Qəbələ" - "Samtredia" matçı iyunun 30-da "Bakcell Arena"da keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.