“Qəbələ” Bakıda hazırlaşır

qebele-bakida-hazirlasir
Oxunma sayı: 636

QəbələUEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə ilk oyununun Bakıdakı hazırlıqlarına start verib.

Qafqazinfo” xəbər verir ki, iyunun 26-da Gürcüstan toplanışını başa vurub, Bakıya qayıdan “qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb. Məşqlərinə ara verməyən Roman Qriqorçukun yetirmələrinin günün ilk yarısına təsadüf edən hazırlığı paytaxtda baş tutub. ADBTİA stadionundakı çalışmalarda futbolçular bərpaedici hazırlıq keçib. Komanda növbəti məşqini sabah günün ikinci yarısında keçirəcək.

Xatırladaq ki, “Qəbələ” 2016-2017-ci illər mövsümünə iyunun 30-da start verəcək. “Qırmızı-qaralar” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu “Bakcell Arena”da keçirəcək. Komandamız Gürcüstan çempionatının gümüş mükafatçısı “Samtredia” ilə üz-üzə gələcək. Bu, 2014-2015 və 2015-2016-cı illər mövsümlərində də UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin avrokuboklarda ardıcıl 3-cü mövsümünün startı olacaq.