“Qatil kimidirlər” - Qvardiola

qatil-kimidirler
Oxunma sayı: 1257

 Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Siti” “Monako”nu qəbul edəcək. Oyunöncəsi “şəhərlilər”in çalışdırıcısı Pep Qvardiola mətbuat konfransında knyazlıq klubunu tərifləyib.

Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis rəqiblərindən çəkindiklərini gizlətməyib:

“Monako” məni öz oyunu ilə cəlb edir. Cərimə meydançasının daxilində qatil kimidilər. Radamel Falkao da keçmiş formasını bərpa edib və “Monako” üçün mükəmməl olub. Onun yenidən qollar vurması məni çox sevindirir".

46 yaşlı baş məşqçi sabiq klubu “Barselona” haqda da danışıb:

“Onlar ən güclüdürlər. Güclünün məğlubiyyəti sürpriz qarşılanır. “Barselona” mənim üçün dünyanın ən yaxşı klubu olmaqda davam edir”.

Qeyd edək ki, “Mançester Siti” – “Monako” qarşılaşması bu gün Bakı vaxtı ilə 23:45-də start götürəcək.