"Qardan adam oldu Xaqanidan olmadı" pankartına görə cərimələndilər

qardan-adam-oldu-xaqanidan-olmadi-pankartina-gore-cerimelendiler
Oxunma sayı: 1541

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XIX turunun "Qəbələ" - "Qarabağ" matçında baş vermiş hüquqi pozuntularla bağlı qərarlar çıxarılıb.

Hər iki klub, azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hərəyə 800 manat, kənar əşyalar atıldığı üçün hərəyə 1600 manat cərimələnib. Bundan başqa "Qəbələ” klubu azarkeşlərinin təhqiredici pankartlar açması səbəbindən 4000 manat ziyana düşüb.

Qeyd edək ki, "Qəbələ" "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib.