““Qarabağ”və “Qəbələ” uğurların təsadüf olmadığını sübut etdi” - Rövnəq Abdullayev

qarabagve-qebele-ugurlarin-tesaduf-olmadigini-subut-etdi
Oxunma sayı: 1062

 “Dünən axşam Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da çox böyük futbol həyəcanı yaşanırdı. UEFA Avropa Liqasının pley-off oyunlarını başqa cür izləmək, nəticələrə emosiyasız, sakit yanaşmaq çox çətindi”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurum başçısı “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb: “Sevinirəm ki, bizim həyəcanımızı, narahatlığmızı bu tirnirdə çıxış edən hər iki klubumuz – “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmaqla unutdura bildi. Əminəm ki, ölkəmizin bütün futbol ictimaiyyəti, hər bir azarkeş, futbolsevər sevincimizə şərikdir. “Qarabağ” artıq üçüncü, “Qəbələ” isə ikinci dəfə qitənin mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğurların təsadüfi olmadığını, futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirdi. Hər iki klubumuza qrup mərhələsində uğurlar, azarkeşlərinə qələbə sevinci bəxş etmələrini arzulayıram”.