“Qarabağ” və “Qəbələ” qrupda ən vacib oyunlarına çıxır

qarabag-ve-qebele-qrupda-en-vacib-oyunlarina-cixir
Oxunma sayı: 703

Bu gün UEFA Avropa Liqasında 5-ci turun oyunlarına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”də növbəti oyunlarını keçirəcəklər.

Birincilər “Bakı”da “Tottenhem”lə üz-üzə gələcək. Bu görüş Qurban Qurbanovun komandası üçün növbəti mərhələ baxımından çox vacib matçdır. Əgər “Qarabağ” evdə “Tottenhem”ə qalib gələrsə, 1/16 finala adlaya bilər. Əgər təmsilçimiz məğlubiyyətlə üzləşərsə, Avroliqa mövsümünü başa vuracaq. Bu qarşılaşma saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

“Qəbələ”də qrupun ən vacib oyununa çıxacaq. Əyalət təmsilçisi səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq. Bu görüşdə Roman Qriqorçukun komandası qələbə qazanarsa, Avropa Liqasında yoluna davam etmək şanslarını saxlayacaq. Lakin bu təkcə komandamızın özündən asılı deyil. “Qəbələ” qalib gəlməklə yanaşı, “Krasnodar”ın da “Borussiya”ya uduzmasını gözləməlidir. Bu qarşılaşma Bakı vaxtilə saat 00:05-də başlayacaq.