“Qarabağ” üçün türkiyәli briqada

qarabag-ucun-turkiyli-briqada
Oxunma sayı: 1230

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Viktoriya" Plzen matçının hakim təyinatları açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, görüşü türkiyəli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Hüseyin Göçek olacaq.

Baş hakim: Hüseyin Göçek
Yan xətt hakimləri: Mustafa Əmrə Əyisoy, Kamal Yılmaz
Dördüncü hakim: Barış Şimşək
UEFA nümayəndəsi: İqor Satkii (Moldova)
Hakim-inspektor: Andreas Akkelides (Kipr)

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" Plzen matçı avqustun 2-də saat 20:30-da keçiriləcək.