"Qarabağ" üçün bir tanış, iki yad klub

qarabag-ucun-bir-tanis-iki-yad-klub
Oxunma sayı: 1495

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi baş tutub. "Qafqazinfo" xəbər verir ki, təmsilçilərimizdən “Qarabağ” J qrupunda yer alıb. “Atlılar” burada “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan”a (Çexiya, Libereç) rəqib olub.

Bu komandalardan biri azarkeşlərimizə yaxşı tanışdı. Belə ki, PAOK ötən mövsüm də AL-in qrup mərhələsi çərçivəsində paytaxtımızın qonağı olub. O zaman “Qəbələ” ilə bir qrupda yer alan salonikililərlə hər iki dueldə hesab açılmamışdı. Maraqlıdı ki, Yunanıstan təmsilçiləri ilə keçirilən 6 matçın heç birində qalibi müəyyən etmək mümkün olmayıb:

2012. “İnter” 1:1, 1:1 “Asteras” (2:4) AL
2015. “Qəbələ” 0:0, 2:2 “Panatinaikos” AL
2015. “Qəbələ” 0:0, 0:0 PAOK AL

Qrupun ən güclüsü olan “Fiorentina” isə ilk dəfə təmsilçimizin qonağı olacaq. “Bənövşəyilər”ə kimi italyan klubları arasında yalnız Milan “İnter”i 2 dəfə rəqibimiz olub. “Neftçi” və “Qarabağ”la baş tutan duellər də məhz AL-in qrup oyunlarına təsadüf edib:

2012. “Neftçi” 1:3, 2:2 “İnter”
2016. “İnter” 2:0, 0:0 “Qarabağ” AL

“Slovan” isə cari mövsümdə Bakıya gəlib, “Qarabağ”a rəqib olacaq 2-ci Çexiya klubudu. Buna kimi artıq Plzen “Viktoriya”sı ilə duellərdə rəqibin nəyə qadir olduğunun şahidi olmuşuq. Adıçəkilən komanda ilə oyunun son dəqiqələrində qələbəni əldən verən ağdamlılar liberetslilər üzərində qələbə qazanmaqla təmsilçilərimiz arasında çex klubunu yenən ilk klub ola bilər:

1995. “Yablonets” 5:0, 3:0 “Qarabağ” UK
2000. “Slaviya” 1:0, 4:1 “Şəmkir” ÇL
2006. “Karvan” 0:2, 0:0 Slaviya” UK
2016. “Viktoriya” 0:0, 1:1 “Qarabağ” ÇL