“Qarabağ” meydana şəhidlərin adı ilə çıxdı - Foto

-qarabag-meydana-sehidlerin-adi-ile-cixdi
Oxunma sayı: 1093

Topaz Premyer Liqasının 20-ci turunun son oyununda fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olanlar yad edilib.

"Qafqazinfo" xәbәr verir ki, "Qarabağ"-"İnter" qarşılaşmasında meydan sahibləri stadiona şəhidlərin adları qeyd olunan pankartla çıxıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası bu oyunda 0:1 hesabı ilә mәğlub olub. "İnter"in yeganә qolunu 72-ci dәqiqәdә Zurab Xızanişvili vurub.