“Qarabağ”la oyun bizim üçün imtahandı” - Elxan Abdullayev

qarabagla-oyun-bizim-ucun-imtahandi
Oxunma sayı: 1189

Topaz Premyer Liqasının XXIII turuda keçirilən “Neftçi”“İnter” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 “Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev qələbən şərh edib.

“Bütün “Neftçi” sevərləri təbrik edirəm. Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Oyuna gəlincə, öz komandamı təbrik edirəm. Futbolçular meydanda canlarını qodyular. Üstünlük bizdə idi. Layiqli qələbə qazandıq”.

- "Neftçi" qol vurandan sonra, geri çəkilir. Bu sizin tapşırığınızdı, yoxsa başqa səbəbi var?

- Oyunda hər şey ola bilər. Biz tez qol vuranda rəqibi məcbur edirik ki, irəli atılsınlar. "İnter"i heç-heçə də qane edirdi. Hesab açılandan sonra isə önə çıxdılar. Çalışacağıq ki, çatışmazlığı aradan qaldıraq.

- Bu, sizin istədiyiniz "Neftçi"dirmi?

- Bu komandanı 2 aydı yığmışam. 9 nəfəri yeni ildən sonra çağırmışam. Əvvəlki "Neftçi" ilə indiki arasında yerlə-göy qədər fərq var. Optimal formaya düşməyimiz üçün zaman lazımdı. Hələ ki, tezdi.

- Yadınıza gəlirsə, əvvəllər komandanız uduzanda azarkeşlər sizə təzyiq edirdi. Bu gün isə fanatlar komandanı bağrına basır. Bu yerə gəlmək üçün baş məşqçi kimi nələr çəkdiniz?

- Mən özümü tərifləmək istəməzdim. Çox xoşbəxtəm ki, azarkeşi sevindirə bilirik.

- Qarşıda "Qarabağ"la kubok matçı var...

- "Qarabağ"la kubok oyunu bizim üçün böyük imtahandı. Avropa səviyyəsində komandadı. Belə oyunlar özümüzü yoxlamaq üçün bizə lazımdı. Çünki avrokuboklarda bizə "Qarabağ" gücündə rəqiblər düşə bilər. Ağdamlıları məğlub etməsək, onda avrokubokda nə işimiz var?

- Bu suala həm "Neftçi"nin baş məşqçisi, həm də millinin məşqçisi kimi cavab vermənizi istərdim. Robert Prosineçkinin futbol fəlsəfəsi nədən ibarədi ki, Nizami Hacıyev ora daxil deyil? Və yaxud da Hacıyevi komandanızda görmək istərdiz?

- Bu mövzuya toxunmaq istəməzdim. Nizami çox tərbiyəli oğlandı. Məsləhət bilərdim ki, az danışsın. Futbolçu öz işini görməldiir. Nizami o sözü deməməlidir. Onu da nə vaxtsa, növbəsi çatacaq. Milliyə çağrılmayan futbolçu dərhal baş məşqçi barədə açıqlama verməlidir. Onu komandamda görmək istəyirəm? Hər şey zaman bağlıdı. Nizami uşaq deyil ki, onu baxışa çağıraq. Hamımızın tanıdığı futbolçudu. Lazım olsa, çağırıb, danışaram.