““Qarabağ”la oynamaqdan şərəf duyarıq”

qarabagla-oynamaqdan-seref-duyariq
Oxunma sayı: 1436

 Türkiyə Superliqasının 31-ci turu çərçivəsində keçirilmiş "Beşiktaş" "Kayserispor" üzərində 4:0 hesablı qələbə qazanıb.

"Qafqazinfo" xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin oyun sonrası mətbuat konfransda iştirak edənlər arasında olimpsport.az-ın əməkdaşı da olub. Türkiyəli jurnalistlərlə yanaşı, həmyerlimizin də sualını cavablandıran Şenol Günəş “Qarabağ” haqda məlumatlı olduğunu vurğulayıb:

““Qarabağ”la dostluq oyunu keçirməkdən şərəf duyarıq. Həm Azərbaycanla da birgəliyimiz var. Eyni duyğuları paylaşırıq. Ölkə olaraq, millət olaraq birlikdəyik. "Qarabağ" haqqında məlumatım var. Hücumçuları səhv etmirəmsə, Reynaldodur. Çox gözəl oyunçudur. Mən onu keçən il “Bursaspor”da işlədiyim zaman izləmişdim və hətta transferini fikirləşirdim də. Komandanı tanıyıram. Avropa kuboklarında çox yaxşı nəticələr qazanıb . Düşünürəm ki, bu komanda ilə Bakıda, ya da Türkiyədə qarşılaşmaq çox gözəl olardı”.