““Qarabağ”la çətin oyunumuz var” - “Fiorentina”nın hücumçusu

qarabagla-cetin-oyunumuz-var
Oxunma sayı: 1132

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək İtaliyanın “Fiorentina” klubunun hücumçusu Nikola Kaliniç yerli mətbuata müsahibə verib.

Qafqazinfo” xəbər verir ki, xorvatiyalı forvard “Qarabağ”ı çətin rəqib adlandırıb:

“Biz çempionatda yaxşı nəticələrə ümid edirik. Növbəti mövsüm Çempionlar Liqasında çıxış etməliyik. Bunun üçün iki yolumuz var. Avropa Liqasında qalib olmaq və ya çempionatda yaxşı yer tutmaq. Ümid edirəm ki, bu ikisindən birini bacaracağıq. Qarşıda isə “Qarabağ” kimi çətin rəqiblə oyunumuz var. Onlara qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.