““Qarabağ”la asan olmayacaq”

qarabagla-asan-olmayacaq
Oxunma sayı: 960

Xəbər verdiyimiz kimi, sabah “Qarabağ” - “Tottenhem” oyunu baş tutacaq.

Oyunöncəsi “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib oyun olacaq. Futbolçularımı әsas vә әsas olmayanlara bölmürәm. Ciddi şәkildә hazırlaşmışıq.

- Harri Keyn oynayacaq?

- Bunu sabah bilәcәyik. Uzun sәyahәtdәn sonra oynatmağa çalışacağıq. 3 xal üçün Bakıya gәlmişik.

- "Çelsi" ilә matçdan öncә bәzi futbolçulara istirahәt vermәk istәmirsiz?

- Bәzi hәqiqәtlәr var. Amma hәr şeyi düzgün başa düşmәliyik. Elә oyunçular var ki, istirahәt etmәlidirlәr.

- Avroliqada vә Premyer Liqada oynamaq çәtin deyil?

- Bizim futbol mentalitetimiz var. Futbolçular borculudurlar ki, layiqincә iştirak etsinlәr. Zәdәlәr vә bәzi problemlәr olur. Amma bunlar futbolun tәrkib hissәsidir. Hәr kәs bilir ki, gücü düzgün bölmәliyik.

- "Qarabağ" sizә hansı problemlәr yarada bilәr?

- Asan olmayacaq. Çünki bu komanda "Anderlext"dәn zәif deyil.

Elsevər