“Qarabağ” irəlilədi - 34 pillə

qarabag-ireliledi
Oxunma sayı: 1527

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

Qafqazinfo” xəbər verir ki, siyahıda 4 klubumuz yer alıb. “Qarabağ” 1361 xalla siyahıda 479-cu yerdədi. Ağdam klubu ötən illə müqayisədə 34 pillə irəliləyib.

Qəbələ” 626-cı yerdə qərarlaşıb (852 xal). “Qırmızı-qaralar” 18 pillə geriləyib.

“Kəpəz” 873-cü (156 xal), “Neftçi” isə 917-ci yerdədi (103 xal).

“İnter” bir il ərzində cədvəldəki yerini itirib.

Siyahının ilk dörd pilləsində İspaniya klubları qərarlaşıb: “Real” 1-ci (16479 xal), “Barselona” 2-ci (16423 xal), “Atletiko” 3-cü (13560 xal), "Sevilya" isə 4-cü yerdədi (13160 xal).