“Qarabağ” “İnter”lә qarşılacaq

qarabag-interl-qarsilacaq
Oxunma sayı: 930

Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkatma mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında 8 komanda - "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt" klubları mübarizə aparacaq. Komandalar dörd dövrədə mübarizə aparacaq.

Yeni mövsümün ilk turu avqustun 6-7-də keçiriləcək.

İlk turun oyunları:

"Qəbələ" - "Kəpəz"
"Qarabağ" - "İnter"
"Zirə" - "Sumqayıt"
AZAL - "Neftçi"