“Qarabağ”ın potensial rəqibləri

qarabagin-potensial-reqibleri
Oxunma sayı: 1601

Bu mövsüm yenidən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ötən illərdə olduğu kimi mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Qafqazinfo” xəbər verir ki, 2 il ardıcık Avropa Liqasının qrup mərhələsində çıxış edən komandamız reytinqdə daha yüksək pillələrə qalxdığı üçün rəqibləri də fərqli olacaq. 

Ağdam klubu bu dəfə daha asan komandalarla üz-üzə gələcək. Püşkatma zamanı da Qurban Qurbanovun komandasının adı səpələnmişlər arasında olacaq.

Komandamızın rəqibi isə iyunun 20-də İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olacaq.
“Qarabağ”ın potensial rəqibləri aşağıdakı kimidir: 

Səpələnməmişlər: “Ferensvaroş” (Macarıstan), “Dandalk” (İrlandiya), SJK (Finlandiya), “Liepaya” (Latviya), Monteneqro çempionu, “Flora”nın yer aldığı I təsnifat mərhələsi cütünün qalibi.