“Qarabağ”ın oyununun biletləri satışda!

qarabagin-oyununun-biletleri-satisda
Oxunma sayı: 2158

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" Plzen (Çexiya) qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

"Qafqazinfo" xəbər verir ki, azarkeşlər biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir. 1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN, 6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN, 11-13 və 16-18 nömrəli sektorlar - 5AZN, VİP (14-15 sektorlar) - 30 AZN-dir.

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 2-də saat 20:30-da start götürəcək.