“Qarabağ”ın oyunu necə yayımlanacaq?

qarabagin-oyunu-nece-yayimlanacaq
Oxunma sayı: 2431

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə start veriləcək. Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" səfərdə Çexiyanın "Viktoriya" klubunun qonaq olacaq.

Qafqazinfo” xəbər verir ki, baş tutacaq görüş ölkəmizdə canlı yayımlanmaya bilər.

Bu haqda Ağdam klubunun rəsmi "Facebook" hesabı bəyanat yayıb:

“Qarabağ”ımız Çempionlar Liqasının III təsnifat mərhələsində sabah səfərdə Çexiyanın “Viktoriya Plzen” klubu ilə qarşılaşacaq. Ötən turda “F91 Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalımızla canlı yayımlamışdı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımda verilməsi ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərməyib. “Viktoriya Plzen” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb".

Qeyd edək ki, "Doosan Arena"da baş tutacaq "Viktoriya" – "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:15-də başlayacaq.