“Qarabağ”ın oyunlarının saatları bəllidir

qarabagin-oyunlarinin-saatlari-bellidir
Oxunma sayı: 1250

Avropa Liqasının J qrupunda mübarizə aparacaq "Qarabağ"ın səfər oyunlarının başlama saatı açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi ilk səfər oyununda "Fioretina" ilə qarşılaşacaq. Matç sentyabrın 29-u saat 21:00-da başlayacaq.

İkinci səfər görüşü “Qarabağ” PAOK-un qonağı olacaq. Sözügedən qarşılaşma noyabrın 3-də saat 23:05-də start veriləcək. "Qarabağ" son səfər oyununu "Slovan"a qarşı keçirəcək. Qarşılaşmanı noyabrın 24-ü saat 21:00-da keçiriləcək.