“Qarabağ”ın müdafiəçisi Avropa Çempionatından danışdı

qarabagin-mudafiecisi-avropa-cempionatindan-danisdi
Oxunma sayı: 625

“Qarabağ"ın futbolçusu Ansi Aqolli ölkəsi Albaniya milli komandasının Avropa çempionatındakı şanslarını dəyərləndirib.

Qafqazinfo” xəbər verir ki, 34 yaşlı müdafiəçi AVRO-2016 ərəfəsində keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Təcrübəli futbolçu çətin qrupda yer aldıqlarını söyləyib: “Qətərlə oyunda erkən qol buraxmağımız səhv idi. İnanıram ki, belə səhvlər Avropa çempionatında təkrarlanmayacaq. Çətin qrupa düşmüşük, rəqiblərimiz də güclüdür. Düşünürəm ki, seçmə mərhələdəki kimi oynasaq, qrupda qələbə üçün yaxşı şansımız olacaq”.

Qeyd edək ki, Albaniya milli komandası Avropa çempionatında meydan sahibləri Fransa, Rumıniya və isveçrə yığmaları ilə A qrupunda mübarizə aparacaq.