“Qarabağ”ın matçına 10 min bilet satılıb

qarabagin-matcina-10-min-bilet-satilib
Oxunma sayı: 1212

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la “Göteborq” arasında keçiriləcək oyuna bilet satışları davam edir.

Qafqazinfo” xəbər verir ki, artıq biletlərin 1/3 hissəsi satılıb. Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimovdan aldığımız məlumata görə, 10 min bilet sahibinə qovuşub.

Qeyd edək ki, qiyməti 1, 2, 5 manata olan biletlər Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarında satılır.