“Qarabağ”ın futbolçusu “Zirә”dә

qarabagin-futbolcusu-zird
Oxunma sayı: 1253

"Zirə"də transfer çalışmaları davam edir.

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" daha bir futbolçu ilə güclənib. Yeni transfer "Qarabağ"ın futbolçusu Cavid Tağıyevdir. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Cavid Tovuzun "Rote Fahne" və "Turan" klubları ilə yanaşı, AZAL-ın da formasını geyinib. Futbolçu son mövsümü "Qarabağ"da keçirib. Tağıyev həmçinin, futbol üzrə milli komandamızın şərəfini qoruyub.