“Qarabağ”ın futbolçusu Ermənistana gedir

qarabagin-futbolcusu-ermenistana-gedir
Oxunma sayı: 1485

Albaniya millisinin "Avro-2016"nın seçmə mərhələsində Serbiya və Ermənistanla oyunlar üçün heyəti açıqlanıb.

“Qafqazinfo”nun qol.az-a istinadən xəbərinə görə, milliyə "Qarabağ"ın futbolçusu Ansi Aqolli də çağırılıb.

Qeyd edək ki, Albaniya millisi oktyabrın 8-i Serbiyanı qəbul edəcək. Milli komanda oktyabrın 11-i isə səfərdə Ermənistanla qarşılaşacaq.