“Qarabağ”ın çexlərlə cavab matçını necə izləyək?

qarabagin-cexlerle-cavab-matcini-nece-izleyek
Oxunma sayı: 1810

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktoriya” (Çexiya) oyununa bilet satışının nə vaxt başlayacağı bəlli olub.

Qafqazinfo” xəbər verir ki, matçı tribunada izləmək istəyənlər biletləri iyulun 30-dan etibarən Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarından əldə edə bilərlər. Qiymətlər isə əvvəl olduğu kimi 1, 2 və 5 manata nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 2-də keçiriləcək və saat 20:30-da start götürəcək.