““Qarabağ”ın büdcəsi bizimkindən çoxdur” - Çexiya təmsilçisi

qarabagin-budcesi-bizimkinden-coxdur-
Oxunma sayı: 2115

"Bizim balanslaşmış heyətimiz var. Oyuna tam hazırıq. Oyunun çətin keçəcəyini dərk edirik. Səhvə yol verməməliyik".

Qafqazinfo” xəbər verir ki, bu sözləri Plzen təmsilçisinin baş məşqçisi Roman Pivarnik söyləyib.

“Qarabağ” bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində son Çexiya çempionu “Viktoriya Plzen”in qonağı olacaq.

"Viktoriya"nın baş məşqçisi Pivarnik "Qarabağ"ı yaxşı təhlil etdiyini bildirib:

"Qarabağ"ı təhlil etmək üçün kifayət qədər vaxtımız olub. Rəqibimiz istəkli və döyüşkən komandadır. Onların heyəti stabildir. Futbolçuları uzun müddətdir ki, birlikdə oynayırlar. Bundan əlavə, "Qarabağ"ın büdcəsi bizimkindən daha çoxdur. Son Azərbaycan çempionatında rəqibimiz 22 xallıq fərqlə çempion olub. Bu, onların gücündən xəbər verir. Bu oyun bizim üçün çox vacib və əhəmiyyətlidir. Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var".