“Qarabağ” hansı klublarla qarşılaşacaq?

qarabag-hansi-klublarla-qarsilasacaq
Oxunma sayı: 877

Topaz Premyer Liqasında 2-ci dövrə bitdikdən sonra qış fasiləsinə yollanan “Qarabağ” hələ də istirahətdədir.

“Qafqazinfo” xəbər verir ki, dövrəni lider olaraq, başa vuran Ağdam təmsilçisi təlim-məşq toplanışına hər zaman olduğu kimi Antalyada başlayacaq.

Yanvarın 5-də yığışacaq “atlılar” toplanış üçün qardaş ölkəyə yollanacaq. Həmin ayın 24-nə qədər Antalyanın Belek bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq Qurban Qurbanovun komandası bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədir:

16 Yanvar – Traktorsazi (İran)
20 Yanvar – Diosgjor (Macarıstan)
23 Yanvar – Admira Wacker (Avstrya)
23 Yanvar – Jagelloniya (Polşa)