“Qarabağ” “Göteborq”u darmadağın edib qrupa adladı - Yenilənib+ Foto+Video

qarabag-goteborqu-darmadagin-edib-qrupa-adladi
Oxunma sayı: 10303

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, “Qarabağ” evdə İsveçin “Göteborq” klubu ilə qarşılaşacaq. 

İlk oyunda səfərdə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası növbəti mərhələyə adlamağa çalışacaq.

Avropa Liqası

Pley-off, cavab oyunu
25 avqust

20:30. “Qarabağ” – “Höteborq” (İsveç)

Baş hakim: Vladislav Bezborodov
Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)
Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)
Bakı. T. Bəhramov adına Respublika stadionu

***

Heyət:

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Markos Madeyra, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32, Elvin Yunuszadə, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov

“Höteborq”: 1. Con Alvbeyc, 2. Emil Salomonsson, 3. Skott Yamieson, 6. Sebastian Eriksson, 7. Mads Albaek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hisen, 16. Mikael Boman, 28. Tomas Ronye, 30. Matias Byarsmir

Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 24. Tom Petterson, 27. Billi Nordström

***

Oyun başladı.

***

Oyunun 19-cu dəqiqəsində Rəşad Sadıqov hesabı açdı. 1:0.

***

Oyunun 26-cı dəqiqəsində Muarem Muarem "Qarabağ"ın ikinci qolunu vurur. 2:0

***

Oyunda ilk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Oyunun 51-ci dəqiqəsində Kintana "Qarabağ"ın 3-cü qolunu vurdu. Hesab 3:0

***

Oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatdı və təmsilçimiz qrup mərhələsinə vəsiqə qazandı.

Fotolar: Nuran Məmmədov