““Qarabağ” ən güclüdür”

qarabag-en-gucludur
Oxunma sayı: 716

“Rəqib kimi “Qarabağ”ın adı bəs edir. Ağdam klubu çempionatımızın ən güclü komandasıdır. Nəinki Premyer Liqada, Avropada göstərdiyi oyun ortadadır”.

Qafqazinfo” xəbər verir ki, bu fikirlər "Kəpəz"in baş məşqçisi Şahin Diniyevə məxsusdur.

Mütəxəssisin rəhbərlik etdiyi komanda Azərbaycan Premyer Liqasının VI turunda öz meydanında son çempion "Qarabağ"ı qəbul edəcək.

Şahin Diniyev klubun rəsmi saytına verdiyi açıqlamada "Qarabağ"ı yüksək səviyyəli futbolçuların birliyindən yaranan komanda adlandırıb:

“Onlara qarşı oyun ona görə bizim üçün çox çətin olacaq. “Qarabağ” oyunu daha çox hücumda keçirir, amma bu o demək deyil ki, biz müdafiədə oturacağıq. Əlimizə fürsət düşdükcə hücum etməliyik. Təkcə müdafiədə oturmaqla uğur qazanmaq olmur. Düşünürəm ki, azarkeşlər futbolun hər bir komponentini özündə birləşdirən maraqlı oyun görəcəklər”.