“Qarabağ”dan qolsuz oyun - Yenilənib

qarabagdan-qolsuz-oyun
Oxunma sayı: 8865

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

"Qafqazinfo" xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti matçını keçirəcək. Ağdam təmsilçisi səfərdə Çexiyanın "Viktoriya" Plzen klubunun qonağı olacaq.

"Doosan Arena"da keçiriləcək "Viktoriya" Plzen - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

22:15 "Viktoriya" Plzen - "Qarabağ"

Baş hakim: Aleksandar Stavrev
Yan xətt hakimləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dmitar Meçkarovski (hamısı Makedoniya)
UEFA nümayəndəsi: Reymond Ellinqem (İngiltərə)
Hakim-inspektor: Yonel Piskonu (Rumıniya)
Stadion: "Doosan Arena"

***

Oyun başladı.

***

İlk hissə qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

75-ci dəqiqədə rəqibin futbolçusu Yan Baranek ikinci sarı vərəqəni alaraq oyundan kənarlaşdırılır. 

***

Oyun qolsuz bərabərliklə başa çatdı.