“Qarabağ”dan ayrıldı, Hollandiya klubuna keçdi

qarabagdan-ayrildi-hollandiya-klubuna-kecdi
Oxunma sayı: 1955

Ötən mövsmün sonunda "Qarabağ"dan ayrılan Samuel Armenterosun yeni komandasının adına rəsmən aydınlıq gəlib.

Qafqazinfo” xəbər verir ki, isveçli hücumçu karyerasını yenidən Hollandiyada davam etdirəcək. 26 yaşlı forvard Erediviziyada çıxış edən "Herakl"la müqavilə imzalayıb.

Xatırladaq ki, Armenteros 2009/13-cü illərdə "Herakl"da çıxış edib. O, komandada 100 oyun keçirib və 26 qol vurub.

Əlavə edək ki, "Herakl" Hollandiya çempionatında 4 turdan sonra 5 xal toplayıb və 10-cu pillədə qərarlaşıb.