““Qarabağ” bizi çox yormuşdu” - “Fiorentina”nın baş məşqçisi

qarabag-bizi-cox-yormusdu
Oxunma sayı: 1376

“Çox şadıq ki, bu oyunda qalib gəldik. Çətin olacağını bilirdik. 3 xalı asan şəkildə əldə etmədik”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri “Fiorentina”nın baş məşqçisi Paulo Souza İtaliya A Seriyasının 16-cı turunda “Sassuolo”ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. Təcrübəli mütəxəssis “Qarabağ”la çətin oyundan sonra bu matça yorğun şəkildə çıxdıqlarını söyləyib:

“Bir neçə gün öncə Bakıda “Qarabağ”la oynamışdıq. Həmin oyunda rəqib bizi çox yormuşdu. Amma futbolçularım bu oyunda əsl xarakter nümayiş etdirdilər. Çətin səfərdən yorğun şəkildə dönsək də, 3 xal qazanmağa müvəffəq olduq”.

Portuqaliyalı çalışdırıcı dubl edən Nikola Kaliniç haqda xoş sözlər söyləyib:

“Kaliniç çox yaxşı işlər görür. Onu kimi keyfiyyətli hücumçuya sahib olduğumuz üçün sevinirik. Ona görə çox xoşbəxtəm, amma oyunun ən yaxşısı Federiko Kyeza idi. 19 yaşlı futbolçu ən yaxşı oyunlarından birini keçirdi”.

46 yaşlı çalışdırıcı Avropa Liqasının 1/16 final mərhələsindəki rəqibləri olan “Borussiya” Münhenqlabax haqda danışıb:

“Onlar Çempionlar Liqasından gəliblər və güclü qrupda mübarizə aparırdılar. 2 güclü komandanın qarşılaşması maraqla gözlənilir. Şansları bərabər sayıram”.

Qeyd edək ki, “Fiorentina” İtaliya A Seriyasında 26 xalla 7-cidir.