“Qarabağ” albanlara qarşı

qarabag-albanlara-qarsi
Oxunma sayı: 1219

“Qarabağ” sabahdan etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verəcək.

Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın ilk yoxlama oyunu yanvarın 15-də olacaq.

Ağdam təmsilçisinin ilk yoxlama oyununda Türkmənistanın "Aşqabad" klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən "Qarabağ" yanvarın 15-i Albaniyanın ən titullu klublarından biri olan "Şkenderbeu" ilə qarşılaşacaq.

Xatırladaq ki, “Skenderbeu” 2013-cü ildə “Neftçi”ni Çempionlar Liqasında mübarizədən kənarlaşdırıb.