““Qarabağ”a problem yaratmalıyıq” - Rəqib məşqçisi

qarabaga-problem-yaratmaliyiq
Oxunma sayı: 1242

Avropa Liqasının ikinci turunda bu gün “Qarabağ”la qarşılaşacaq “Fiorentina”nın baş məşqçisi Paulo Souza oyunöncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib.

Qafqazinfo” xəbər verir ki, çalışdırıcı bunları deyib:

“Qrup mərhələsinin ilk turunda gördük ki, Avropa Liqasında böyük sürprizlər qeydə alınır. “Qarabağ” kifayət qədər Avropa təcrübəsinə sahib komandadı”. Onlar artıq 9 ildi eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Bu komandaya qarşı düzgün oynamalıyıq. Bacardığımızı göstərməliyik”.

Qeyd edək ki, “Artemio Franki” stadionunda keçiriləcək “Fiorentina” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.