Qapıçı azarkeşi döydü, qırmızı vərəqə aldı

qapici-azarkesi-doydu-qirmizi-vereqe-aldi-
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oyunun 38-ci dəqiqəsində meydan sahiblərinin bir azarkeşi meydançaya daxil olaraq “Alkmaar”ın qapıçısı Esteban Alvaradoya hücum çəkib. Kosta-Rikalı çərçivə qoruyucusu isə azarkeşi təpikləməyə başlayıb. Oyunun baş hakimi qapıçıya qırmızı vərəqə göstərib. “Alkmaar”ın baş məşqçisi isə buna etiraz edərək komandasını meydandan çıxarıb. Beləliklə, oyun yarımçıq dayandırılıb.

http://www.youtube.com/watch?v=lTMFxMylAQw

Ceyhun Əhmədov