“Qalatasaray” finala belə yüksəldi - Video

qalatasaray-finala-bele-yukseldi
Oxunma sayı: 843

Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Qalatasaray” doğma meydanda “Rizəspor”la qarşılaşıb. Səfərdə 3:1 hesabı ilə qalib gələn “Cim Bom” evdə rəqibin müqavimətini qıra bilməyib - 0:0. Lakin bu nəticə “Qalatasaray”ı finala yüksəldib.

Qeyd edək ki, digər finalçı “Fənərbaxça” - “Konyaspor” cütünün qalibi olacaq. İlk görüşdə “Fənərbaxça” səfərdə 3:0 hesabı ilə qalib gəlib.

Türkiyə kuboku
Yarımfinal cavab oyunu

4 may

“Qalatasaray” - “Rizəspor” - 0:0
İlk oyun - 3:1