“Qalatasaray” Brümanı cəzalandırdı

qalatasaray-brumani-cezalandirdi
Oxunma sayı: 637

İstanbulun "Qalatasaray" klubu portuqaliyalı futbolçusu Armindo Brumanı cəzalandırıb.

Qafqazinfo” xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi intizamsız davranışlarına görə 65 min avro məbləğində cəriməyə məruz qalıb. Əgər futbolçu bundan sonra da intizamsızlıq edərsə daha sərt şəkildə cəzalanacaq.

Qeyd edək ki, Bruma Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində "Rizəspor"la (1 - 1) matçdan öncə baş məşqçi İqor Tudora etiraz edərək səfərə yollanmamışdı.