“Qәbәlә” - “Neftçi” qarşılaşmasında gərginlik - Yenə hakimə etiraz var

qbl-neftci-qarsilasmasinda-gerginlik
Oxunma sayı: 2200

Hazırda davam edәn "Qәbәlә" - "Neftçi" oyununda ara qarışıb. "Qafqazinfo" xәbәr verir ki, matçın baş hakimi Fariz Yusifov meydan sahiblәrinin yarımmüdafiәçisi Samir Zәrgәrovun cәrimә meydançasında yerdә qalmasına penalti vermәyib.

Buna görә Zәrgәrov yan xәtt hakiminә etirazını bildirib. Onun bu etirazına biganә qalmayan "Neftçi" futbolçuları yarımmüdafiәçiyә әbәs yerә narazı qaldığını bildirib. Nәticәdә futbolçular arasında gәrginlik yaşanıb.

Hakim idarәçiliyinә isә "Qәbәlә" tәrәfindәn yenә etirazlar var. Hәtta komandanın baş mәşqçisi Roman Qriqorçuk meydana girәrәk referi Fariz Yusifova etirazını bildirib.