““Qәbәlә” ciddi rәqibdir” - “Lill”in futbolçusu

qbl-ciddi-rqibdir
Oxunma sayı: 903

""Qəbələ" ciddi rəqibdir. Rəqibimizə hörmətlə yanaşarıq. Bizim üçün asan olmayacaq".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Lill"in forvardı Yasin Benzia söyləyib. 21 yaşlı əlcəzairli futbolçu "Qəbələ"nin təhlükəli komanda olduğunu bildirib: "Rəqibimiz ötən mövsüm Avropa Liqasında iştirak edib. Artıq onlar 2 mərhələ keçiblər. Deyərdim ki, "Qəbələ" təhlükəli komandadır".

Benzia əsas heyətdə möhkəmlənmək istədiyini qeyd edib: "Yoxlama görüşlərində özümü yaxşı tərədəfdən göstərdim. Əsas heyətdə möhkəmlənmək istəyirəm. Komandamızda böyük rəqabət var. Rəqabətin olması mənim üçün müsbət haldır".