“Pulunuz varsa, gәlin klubu sizә verim” - Mәnsimovdan azarkeşlәrә

pulunuz-varsa-glin-klubu-siz-verim-
Oxunma sayı: 3471

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Zirə” – “Xəzər Lənkəran” oyunu baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Xəzər Lənkəran”ın rəqibə 0:1 hesablı məğlubiyyətindən sonra XL azarkeşləri stadionun girişində klub prezidenti Mais Mənsimov, vitse-prezident Tuyqun Nadirov və Lәnkәran stadionunun direktoru Höccət Hacıyevlə qarşılaşıblar.

Azarkeşlərin sosial şəbəkələrdə yaydığı məlumata görə, klub prezidenti ilə onlar arasında maraqlı dialoq da yaşanıb:

“Azarkeşlər həmin anda “rəhbərlik istefa” şüarları səsləndirməyə başladılar. Mais Mənsimov isə gülə-gülə “puluvuz var, gəlin komandanı verim siz gedim”-, deyə azarkeşlərə səsləndi”.