Prosineçkinin “11-liy”i - Ronaldo, Messi, Qrizman...

prosineckinin-11-liyi
Oxunma sayı: 1412

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyanın "Nova TV" telekanalının qonağı olub.

Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis veriliş zamanı 2016-cı ilin rəmzi yığmasını da müəyyənləşdirib.

47 yaşlı məşqçinin "11-liy"i aşağıdakı kimidi:

Qapıçı: Yan Oblak (“Atletiko”)

Müdafiəçilər: Serxio Ramos, Marselo (hər ikisi “Real”), Xerard Pike (“Barselona”), Ektor Bellerin (“Arsenal”)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Andres İnyesta (“Barselona”), Dmitri Paye (“Vest Hem”)

Hücumçular: Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Real”), Antuan Qrizmann (“Atletiko”)